reklam

Sacilər dövləti

Yazar Adsız 27 Aralık 2014 Cumartesi 0 yorum
Sacilər dövləti - 879-941-ci illərdə ərəb əsarətinə qarşı mübarizə dövründə indiki Azərbaycan ərazisində, xilafət qoşununda xidmət edən sərkərdə Əbu Sac Divdad tərəfindən yaradılmış tarixi dövlət.

Sacilər sülaləsinin mənşəyi

Xəlifələr əl-Vasiq(849 ölüb) və əl-Mütəvəkkil(861 ölüb) bütün ali hakimiyət xəzər sərkərdələrinə məxsus idi. Sonuncu Abbasilər dövründə xilafətdə ali hakimiyətə Kiçik Buğa, Vasif və Fateh binu Xaqan nail oldular. Fatehin atası Xaqan, Abbasi xilafətinin Azərbaycan və Ərməniyyə hakimi olub, və bəzi qaynaqlara görə Sacilər dövlətinin də yaradıcısı o sayılır.[1]
Sacilər türkmənşəli[2] və ya iranmənşəli olmuşlar. Sacilər (879-941) sülaləsinin nümayəndələri bir qayda olaraq, Afşin ləqəbi daşıyırdılar. Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim İran nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdılar.
Devamını Oku...

Səfəvilər İmperiyası

Yazar Adsız 20 Aralık 2014 Cumartesi 0 yorum

Səfəvilər Dövləti — 1501-ci ildən 1736-cı ilə qədər bugünkü AzərbaycanİranErmənistanİraq,Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini türkdilli tayfalar təşkil etmişdir.Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.

Devamını Oku...

Göytürk xaqanlığı

Yazar Adsız 4 Aralık 2014 Perşembe 0 yorum
Göytürk xaqanlığı (Qədim türk dilində: Old Turkic letter UK.svgOld Turkic letter R2.svgOld Turkic letter U.svgOld Turkic letter T2.svg Old Turkic letter K.svgOld Turkic letter U.svgOld Turkic letter UK.svg) — 552-744-ci illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında TürükKök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tūjué (çin. 突厥) şəklində bəhs olunur.
Türk sözünə ilk dəfə Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinmişdir. Göytürk xaqanlığı həmçinin adında Türk sözü işlənən ilk dövlətdir.Dövlətin qurucusu və ilk öndəri Bumın xaqandır. Bumın xaqanın qardaşı İstəmi yabqu ölkənin qərb qolunu idarə edirdi. Göytürk xaqanlığı Çin, Sasani və Bizans ilə hərbi, siyasi və iqtisadi əlaqələr qurmuşdu
.
Göytürk xaqanlığı tarixdə ilk dəfə adında türk sözünü işlədən dövlət olduğu üçün mühüm önəmə sahibdir. Adının mənası ilə bağlı müxtəlif mübahisələr vardır. Göytürk xaqanlığı haqqında yazılı mənbələrdə barəsində Türk xaqanlığı olaraq bəhs edilir. Göytürk sözünün isə Orxon abidələrindəki ÖkÜk Türük sözündən törədiyi və tələffüzünün sadələşdirilməsi üçün Göytürk şəklində qəbul olunduğu iddia olunur. Göytürk sözündəki ilk hissəciyinin gök və ya ökük olaraq qəbul edilməsi ilə müvafiq olaraq səmavi və ya dini məna daşıdığı ehtimal olunur. Türk sözünün mənası ilə bağlı da bir sıra variantlar vardır. Türk sözünə yaxın ifadələrə Qədim Roma və Çin mənbələrində rast gəlinir. I əsrdə Pomponi Mela və Böyük Plini Azovun şərqində yaşayan insanlardan Turcae/Tyrcae olaraq bəhs edir. Çin mənbələrində T’ieh-lê, T’u-cüeh, Ting-ling şəklində istifadə olunan ifadələrin də Türk sözünü bildirdiyi düşünülür.[31] Orxon abidələrində isə türk (Old Turkic letter K.svgOld Turkic letter R2.svgOld Turkic letter U.svgOld Turkic letter T2.svg) və ya türük (Old Turkic letter UK.svgOld Turkic letter R2.svgOld Turkic letter U.svgOld Turkic letter T2.svg) olaraq xatırlanır. X əsrə aid uyğur yazılarında türk sözü "güc", "qüvvə" mənasında işlənilir. A.Vemberiyə görə türk sözü törəmək sözü ilə eynimənalı olub törəyən, çoxalan mənasına gəlir. Ziya Göyalpa görə türk sözü törəli sözü ilə eynimənalı olub qanun sahibi mənasına gəlir. Qaşqarlı Mahmud isə türk adının türklərə Tanrı tərəfindən verildiyini qeyd edərək, sözün "gənclik", "qüvvə", "qüdrət" və ya "yetkinlik" mənalarında işləndiyini bildirir.
Devamını Oku...

Qədim Misir tanrılarının siyahısı

Yazar Adsız 30 Kasım 2014 Pazar 1 yorum


Misir tanrılarının siyahısı — qədim misirlilərin ibadət etdiyi tanrıların, va fövqəltəbii mifik varlıqların siyahısıdır.Misir inanclarında çoxlu tanrılar və fövqəltəbii mifik varlıqlar olmuşdur. Bu siyahıda onların bəziləri verilmişdir

Aker — yerin tanrısı, ölülərin himayəçisi, gələcək dünyanın qapılarının qoruyucusu, günəşin çıxıb batmasının gözətçisi, insanların qoruyucusu olmuşdur. Onu bir-birinə arxa ilə dürmuş aslanlar kimi təsvir edirdilər. Onların arasında isə günəş olmuşdur. İkinci dərəcəli tanrı olduğuna görə, Akerin bəlli olan tapınma yerləri olmamışdır.
Aker.svg
Amat — ona sayqı göstərilsə də tanrı sayılmırdı. Buna görə də onun tapınaqları (məbədləri) olmamışdır. Bədəni ilə ön ayaqları aslanın, arxa ayaqları kərkədanın, başı isə timsahın olan əjdaha kimi təsvir olunurdu. Misirlilər inanırdılar ki, ölülər dünyası olan Duatda, odlu göldə yaşayırdı. Orada Osirisin məhkəməsindən başı uca çıxa bilməyən günahkarları yeyirdi.
Ammit mirror.svg
Amaunet — ən qədim Misir tanrıcalarından biri idi. Öncə yerli tarrıca olmuş, sonra isə bütün Misir ona tapınırdı. Onun məbədi tapınaqı) Hermopolisdə olmuşdur. Amaunet yaradıcı tanrıca idi. Onun kişi bənzəri tanrı Amon olmuşdur, onlar ər-arvad idilər. Onların cütlüyü hər şeyin başlanqıcının rəmzi olmuşdur. Amauneti insan bədənli və ilan başlı təsvir edirdilər.
AmonetKarnaKLuxor121.jpg
Amentet — ən əski Misir tanrıcalarından biri idi. Öncə yerli tanrıca olmuş, sonra isə bütün Misir ona tapınırdı. Onun tanınmış mədədləri (tapınaqları) Abidosda vəMemfisdə olmuşdur. Amentet batı (qərb) səhrasının tanrıcası idi. Misirlilərin inanclarına görə, oralar ölülərin yurdu idi. O ölülərə himayəçilik edirdi, onları Duatdaqarşılayırdı. O, başında "batı" (qərb) heroqlifi ilə təsvir olunurdu.

Devamını Oku...

Yeni Misir

Yazar Adsız 0 yorum

Yeni çarlıq (XVIII-XXXIII-cü sülalələr, e.ə. 1580-1085 illər)


Yeni çarlıq dövründə yenə də Misiri mədəni, iqtisadi və hərbi cəhətdən güclü və inkişaf etmiş bir dövlətə çevrilmişdir. Hiksoslardan alınmış cəng arabalarından istifadə edilməsi, Misir ordusunu regionun ən güclü ordusuna çevirmişdir. Eyni zamanda elm və mədəniyyət həyatında intibah dövrü yaşanırdı. O zaman ölkəni Amenhoteplər, Tutmoslar,Ramseslər, Ehnaton, çariça Hatşepsut kimi bacarıqlı hökmdarlar idarə etmişdirlər. Fironlar III Amenofis və III Tutmos hakimiyyəti dövrü Misir qüdrəti zirvə nöqtəsinə çatmışdır.Şimalda Misir orduları Suriyani işğal edərək, Mesopotamiyaya qədər irəliləmişdirlər. Cənubda isə ölkə sərhədləri Nubiyanın Kerma və Nalata məntəqələrinə qədər genişlənmişdir. Firon I Tutmosun qoşunu SuriyaFələstin və Fərat çayının sahillərinə qədər irəliləyə bilmişdirlər.
Devamını Oku...

Qədim Misir(qısa məlumat)

Yazar Adsız 0 yorum
 Dunya tarixində ilk siyasi və diplomatik müqavilənin Misir və Het dövlətləri arasında bağlandiğını bilirsinizmi?
Bu barışıq tipli diplomatik müqavilə hər iki düvlət arasında Kadeş müharibəsi(bəzi qaynaqlara görə m.ö 1285 bəzilərinə görə m.ö 1296)sonunda Suriya torpaqlarının bölüşdürülməsi uğrunda demek olar ki,tərəflərin bərabərliyi ilə sonlanmışdır.

1906 ci-ildə Qedim Het dövlətinin paytaxti olmuş Hattuşada(indiki Turkiye-Boğazköy) aparilmış qazıntiılar sonucu tapılmış,müqavilənin orginal variantı hal hazırda İstanbul arxeologiya muzeyində mühafizə olunur.Hər iki dövlət arasında baş vermis Suriya torpaqları üzərində ziddiyyət Kadeş müharibəsinə səbəb olmuşdur.Kadeş indiki Suriyanın Homs şəhərində yerləşir

Müqavilənin mətni:
1.Hər iki dövlətə xaricdən və ya daxildən hücumlar olarsa qarşılıqlı köməy haqqinda.
2.Misirdən Het ölkəsinə və ya Het ölkəsindən Misirə qaçmış hər kəs öz ölkəsinə qaytarılmalı lakin onlara ağır işgəncələr verilməməsi haqqindaa.

Devamını Oku...

Manna

Yazar Adsız 29 Kasım 2014 Cumartesi 0 yorum

MannaMinni və ya Mana] — Tarixi Azərbaycan ərazisində, Urmiya gölünün sahilində yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət.[16] Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e. ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kutilullubeturukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.[17]Manna dövləti e. ə. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır

Devamını Oku...

Qədim Misir

Yazar Adsız 0 yorum

Dövlətin tarixi 6 dövrə bölünür:

  1. Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800)
  1. Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr. 2250)
  1. Orta padşahlıq (e.ə. təqr. 2050 – e.ə. təqr. 1750)
  1. Yeni padşahlıq (e.ə. təqr. 1580 – e.ə. təqr. 1070)
  1. Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070 – e.ə. təqr. 332)
  1. Yunan Roma dövrü (e.ə. 332 – e. 395).
Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Orada Sina yarımadası vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Burada Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Bu çayın mövcud olmasına görə orada ən qədim zamanlarda əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Nil çayının və oradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə oraya “Delta” deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox məcralarla axdığına görə, həmdə xarici basqınlardan qorunmaq üçün istifadə edirdilər.

Devamını Oku...