reklam

Səfəvilər İmperiyası

Yazar Adsız 20 Aralık 2014 Cumartesi 0 yorum

Səfəvilər Dövləti — 1501-ci ildən 1736-cı ilə qədər bugünkü AzərbaycanİranErmənistanİraq,Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan Qızılbaşlar ordusunun nüvəsini türkdilli tayfalar təşkil etmişdir.Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.
1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşəndə onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib GilanaTaroma gəldilər. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Yerli hakim Əmir Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk edir. Birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru - Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurulur. Qış Astarada,Ərcivanda keçirilir.[25] Qızılbaş rəhbərlərinin müşavirəsində AnadoluyaƏrzincana hərəkət etmək qərarı verilir. Ərzincanda İsmayılın bayraqları altında türkdilli şamlıustaclırumlutəkəlizülqədərəfşarqacarvarsağ tayfalarından, həmçinin “Qaradağ sufilərindən” ibarət 7000 qazi toplanır.[26] Burada keçirilmiş qızılbaş ağsaqqallarının müşavirəsində qərara alınır ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə Səfəvilərin qəddar düşməni olan şirvanşah Fərrux Yəsara qarşı yönəldilməlidir.[27][28][29][30] I Şah İsmayıl1500-cü ildə ordusu ilə Şirvanşah hökmdarı Fərrux Yasarın üzərinə hücuma keçir. Gülüstan qalası yaxınlığındakı Cabanı düzündə baş vermiş Cabanı döyüşündə Şirvanşahlar məğlub edilir və I Fərrux Yasar  Səfəvilər Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salır. Ələ keçirilmiş qənimət qızılbaşlar arasında bölüşdürülür. İsmayıl üç gün döyüş meydanında qalır, sonra isə Şamaxıya qayıdır və şəhər əyanları tərəfindən ehtiramla qarşılanır.Sonra İsmayıl Mahmudabada gedərək 1500/1501-ci ilin qışını orada keçirir. Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslu isə Şirvanşahların ikinci əsas şəhəri Bakını tutmaq üçün göndərilir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Qalanın müdafiəsinə Fərrux Yasarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi. Bakı tutulur və qənimət qızılbaşlar arasında bölüşdürülür.Səfəvilərin Cabanı döyüşündədarmadağın etdiyi Şirvanşahlar qoşunun bir hissəsi GülüstanBuğurt və Surxab qalalarında müqavimət göstərməkdə davam edirdi. Buna görə də İsmayıl Bakını tutduqdan sonra Gülüstan qalasına doğru hərəkət edir. Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlidənin göndərdiyi çapar gəlib xəbər gətirir ki, Əlvənd Mirzə böyük bir qoşunla paytaxtdan (Təbriz) çıxmışdır. O, Şirvanşahqoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla vuruşmaq üçün Şirvana hərəkət  1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə də məğlubiyyətə uğradılırƏlvənd Mirzənin də məğlub edilməsi ilə 2 əsas təhlükəni sovuşduran İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü şah elan edir.

Hiç yorum yok:

Göndər