reklam
Qədim Avropa etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Qədim Avropa etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Qədim Yunanıstan

Yazar Adsız 2 Ocak 2015 Cuma 0 yorum

Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir. 
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar. 
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi­siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.

Devamını Oku...

Qədim Roma

Yazar Adsız 0 yorum
Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. III əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Remtərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. 
Onun əsas qüvvəsi koqorta vəmanipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.
Devamını Oku...