reklam
Misir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Misir etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Qədim Misir tanrılarının siyahısı

Yazar Adsız 30 Kasım 2014 Pazar 1 yorum


Misir tanrılarının siyahısı — qədim misirlilərin ibadət etdiyi tanrıların, va fövqəltəbii mifik varlıqların siyahısıdır.Misir inanclarında çoxlu tanrılar və fövqəltəbii mifik varlıqlar olmuşdur. Bu siyahıda onların bəziləri verilmişdir

Aker — yerin tanrısı, ölülərin himayəçisi, gələcək dünyanın qapılarının qoruyucusu, günəşin çıxıb batmasının gözətçisi, insanların qoruyucusu olmuşdur. Onu bir-birinə arxa ilə dürmuş aslanlar kimi təsvir edirdilər. Onların arasında isə günəş olmuşdur. İkinci dərəcəli tanrı olduğuna görə, Akerin bəlli olan tapınma yerləri olmamışdır.
Aker.svg
Amat — ona sayqı göstərilsə də tanrı sayılmırdı. Buna görə də onun tapınaqları (məbədləri) olmamışdır. Bədəni ilə ön ayaqları aslanın, arxa ayaqları kərkədanın, başı isə timsahın olan əjdaha kimi təsvir olunurdu. Misirlilər inanırdılar ki, ölülər dünyası olan Duatda, odlu göldə yaşayırdı. Orada Osirisin məhkəməsindən başı uca çıxa bilməyən günahkarları yeyirdi.
Ammit mirror.svg
Amaunet — ən qədim Misir tanrıcalarından biri idi. Öncə yerli tarrıca olmuş, sonra isə bütün Misir ona tapınırdı. Onun məbədi tapınaqı) Hermopolisdə olmuşdur. Amaunet yaradıcı tanrıca idi. Onun kişi bənzəri tanrı Amon olmuşdur, onlar ər-arvad idilər. Onların cütlüyü hər şeyin başlanqıcının rəmzi olmuşdur. Amauneti insan bədənli və ilan başlı təsvir edirdilər.
AmonetKarnaKLuxor121.jpg
Amentet — ən əski Misir tanrıcalarından biri idi. Öncə yerli tanrıca olmuş, sonra isə bütün Misir ona tapınırdı. Onun tanınmış mədədləri (tapınaqları) Abidosda vəMemfisdə olmuşdur. Amentet batı (qərb) səhrasının tanrıcası idi. Misirlilərin inanclarına görə, oralar ölülərin yurdu idi. O ölülərə himayəçilik edirdi, onları Duatdaqarşılayırdı. O, başında "batı" (qərb) heroqlifi ilə təsvir olunurdu.

Devamını Oku...

Yeni Misir

Yazar Adsız 0 yorum

Yeni çarlıq (XVIII-XXXIII-cü sülalələr, e.ə. 1580-1085 illər)


Yeni çarlıq dövründə yenə də Misiri mədəni, iqtisadi və hərbi cəhətdən güclü və inkişaf etmiş bir dövlətə çevrilmişdir. Hiksoslardan alınmış cəng arabalarından istifadə edilməsi, Misir ordusunu regionun ən güclü ordusuna çevirmişdir. Eyni zamanda elm və mədəniyyət həyatında intibah dövrü yaşanırdı. O zaman ölkəni Amenhoteplər, Tutmoslar,Ramseslər, Ehnaton, çariça Hatşepsut kimi bacarıqlı hökmdarlar idarə etmişdirlər. Fironlar III Amenofis və III Tutmos hakimiyyəti dövrü Misir qüdrəti zirvə nöqtəsinə çatmışdır.Şimalda Misir orduları Suriyani işğal edərək, Mesopotamiyaya qədər irəliləmişdirlər. Cənubda isə ölkə sərhədləri Nubiyanın Kerma və Nalata məntəqələrinə qədər genişlənmişdir. Firon I Tutmosun qoşunu SuriyaFələstin və Fərat çayının sahillərinə qədər irəliləyə bilmişdirlər.
Devamını Oku...

Qədim Misir(qısa məlumat)

Yazar Adsız 0 yorum
 Dunya tarixində ilk siyasi və diplomatik müqavilənin Misir və Het dövlətləri arasında bağlandiğını bilirsinizmi?
Bu barışıq tipli diplomatik müqavilə hər iki düvlət arasında Kadeş müharibəsi(bəzi qaynaqlara görə m.ö 1285 bəzilərinə görə m.ö 1296)sonunda Suriya torpaqlarının bölüşdürülməsi uğrunda demek olar ki,tərəflərin bərabərliyi ilə sonlanmışdır.

1906 ci-ildə Qedim Het dövlətinin paytaxti olmuş Hattuşada(indiki Turkiye-Boğazköy) aparilmış qazıntiılar sonucu tapılmış,müqavilənin orginal variantı hal hazırda İstanbul arxeologiya muzeyində mühafizə olunur.Hər iki dövlət arasında baş vermis Suriya torpaqları üzərində ziddiyyət Kadeş müharibəsinə səbəb olmuşdur.Kadeş indiki Suriyanın Homs şəhərində yerləşir

Müqavilənin mətni:
1.Hər iki dövlətə xaricdən və ya daxildən hücumlar olarsa qarşılıqlı köməy haqqinda.
2.Misirdən Het ölkəsinə və ya Het ölkəsindən Misirə qaçmış hər kəs öz ölkəsinə qaytarılmalı lakin onlara ağır işgəncələr verilməməsi haqqindaa.

Devamını Oku...

Qədim Misir

Yazar Adsız 29 Kasım 2014 Cumartesi 0 yorum

Dövlətin tarixi 6 dövrə bölünür:

  1. Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800)
  1. Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr. 2250)
  1. Orta padşahlıq (e.ə. təqr. 2050 – e.ə. təqr. 1750)
  1. Yeni padşahlıq (e.ə. təqr. 1580 – e.ə. təqr. 1070)
  1. Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070 – e.ə. təqr. 332)
  1. Yunan Roma dövrü (e.ə. 332 – e. 395).
Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Orada Sina yarımadası vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Burada Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Bu çayın mövcud olmasına görə orada ən qədim zamanlarda əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Nil çayının və oradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə oraya “Delta” deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox məcralarla axdığına görə, həmdə xarici basqınlardan qorunmaq üçün istifadə edirdilər.

Devamını Oku...