
Onun əsas qüvvəsi koqorta vəmanipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.
E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrə arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyətdə öz haqlarını paylaşmamaq məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi.
Pun müharibələri
Pun müharibələri (e.ə. 264-146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonraAralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264-241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218-201) Karfagenin qisas cəhdindən doğmuşdu. E.ə. 218 ildəHannibalın ordusu Alpı keçirdi və Po dərəsinə daxil oldu. Trazimen gölü (e.ə. 217) və Kann (e.ə. 216) yaxınlığındakı vuruşmalarda Roma ordusu darmadağın edildi. E.ə. 212 ildən romalılar təşəbbüsü ələ keçirdilər. Metavr çayı yaxınlığında (e.ə. 207) qələbə qazanan romalılar Zama yaxınlığındakı həlledici vuruşmada Hannibalın ordusunu darmadağın etdilər (e.ə. 202). E.ə. 201 ildə bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi, donanmadan məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun müharibəsində (e.ə. 149-146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146), sakinləri isə kölə kimi satıldı. Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin ən güclü dövlətinə çevrildi.
Dominat
İmperatorlardan Diokletian (284-305) və I Konstantinin (306-337) dövründə imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra hakim kilsə olan xristian kilsəsi dövlətin sədaqətli müttəfiqi idi. 4 əsrdə ticarətin, sənətkarlığın tənəzzülü ilə yanaşı, orduda və inzibati idarələrdə barbarların mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət edən vestqotlar üsyana qalxdılar. Adrianopol yaxınlığında üsyançılar imperator Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə - Qərbi və Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildəOdoakr Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma imperiyası süqüt etdi.
Prinsipat
Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27 ildən) yaratdı. Dövlətin sərhədləri xeyli genişləndirilmiş, Misir, Şimali İspaniya işğal edilmiş,Ermənistan, Qara dəniz sahilinin xeyli hissəsi asılı vəziyyətə salınmışdı. Avqustun xələfləri Tiberi (14-37), Kaliqula (37-41), Klavdi (41-54), Neron (54-68) əyalətlərdə xalq kütlələrinin üsyanları yatırır, respublika qaydalarını bərpa etməyə can atan Roma aristokratiyasına qarşı şiddətli mübarizə aparırdılar. Bu zamanda xristianlıq yaranmağa başladı. Roma imperiyasının yüksəlişi Antoninlər sülaləsi dövrünə (96-192) təsadüf edir. Trayanın dövründə (98-117) Roma dövlətinin əraziləri maksimum genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı. İtaliyada başlanan sosial-iqtisadi böhran ("3 əsr böhranı") quldarlığı aradan qaldırdı. Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator Karakallanın 212 ildə bütün azad əyalət adamlarına Roma vətəndaşlığı vermək haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası əslində dağıldı.
Hiç yorum yok:
Göndər