Sacilər sülaləsinin mənşəyi
Xəlifələr əl-Vasiq(849 ölüb) və əl-Mütəvəkkil(861 ölüb) bütün ali hakimiyət xəzər sərkərdələrinə məxsus idi. Sonuncu Abbasilər dövründə xilafətdə ali hakimiyətə Kiçik Buğa, Vasif və Fateh binu Xaqan nail oldular. Fatehin atası Xaqan, Abbasi xilafətinin Azərbaycan və Ərməniyyə hakimi olub, və bəzi qaynaqlara görə Sacilər dövlətinin də yaradıcısı o sayılır.[1]
Sacilər türkmənşəli[2] və ya iranmənşəli olmuşlar. Sacilər (879-941) sülaləsinin nümayəndələri bir qayda olaraq, Afşin ləqəbi daşıyırdılar. Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim İran nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdılar.
Əbu Sac Divdadın dövrü
Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət qoşunlarında xidmət edən məşhur sərkərdələrindən biri idi. O, dəfələrlə ərəb qoşunlarının hərbi əməliyyatlarına başçılıq etmiş, Xilafətdə bir sıra mühüm vəzifələr tutmuşdu. Dövlət qarşısındakı xidmətlərinə görə Xilafətin böyük və ən zəngin əyalətlərindən biri olan Azərbaycan iqta olaraq Sacilərə verilmişdi. Azərbaycanı müstəqil idarə edən Sacilər Xilafət xəzinəsinə ildə 120 min dinar bac göndərirdilər. Əbu Sac Divdadın oğulları Məhəmməd ibn Əbu Sac və Yusuf ibn Əbu Sac da Xilafətin görkəmli sərkərdələrindən idilər.
Məhəmməd ibn Əbu Sacın dövrü
Sacoğullarının hakimiyyəti dövründə (879-941) Azərbaycanın Güney bölgələri müstəqil dövlətə çevrildi. Xilafətin tabeliyindən çıxmış Sacilərin öz pulları vardı. IX əsrin sonlarında (898, 900) Məhəmməd ibn Əbu Sacın adından pul kəsilməsinə başlanmışdı.
Yusif ibn Əbu Sacın dövrü
Məhəmməd ibn Əbu Sacın ölümündən sonra onun qardaşı Yusuf ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi. 912-ci ildən etibarən Xilafət xəzinəsinə ilbəil bac göndərilməsi tamamilə dayandırıldı. Yusuf ibn Əbu Sac erməni və gürcü hakimlərinin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ermənistan ərazisini, Tiflis və Kaxeti ələ keçirdi. Azərbaycan torpaqları hesabına genişlənməyə çalışan erməni və gürcü hakimləri özləri Azərbaycan Sacilər dövlətindən asılı vəziyyətə düşdülər. Sacoğulları Şirvanşahlar dövlətini də özlərinə tabe etdilər.
Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil (Dvin) şəhərlərinə qədər uzanıb gedirdi.
Yusuf ibn Əbu Sac dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi: səddin dənizin içərisində olan, uçub dağılmış hissəsini yenidən qurdurdu. Yusuf ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi о zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərir. Azərbaycan Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil şəhəri idi.
Hiç yorum yok:
Göndər