reklam

Sultan | Mehmet

Yazar Adsız 27 Kasım 2014 Perşembe 0 yorum
I Mehmed və ya Çələbi Sultan Mehmed — Osmanlı sultanı
Osmanlı dövlətinin beşinci sultanıdır. İldırım Bəyazidin oğludur, 1386-cı ildə anadan olub. Doğum tarixi ilə bağlı müxəlif qaynaqlar var. Beləki onun 1379, 1382, 1386, 1389, 1390, 1391-ci illərdə doğulduğun göstərən qaynaqlara rast gəlinir. Ankara döyüşündən (1402) sonra parçalanan Osmanlı torpaqlarını yenidən bir idarə altında birləşdirmək üçün qardaşları Süleyman, İsa və Musa Çələbilər (1402-1413) ilə mübarizə apardı.






qədər olan yaşamı[redaktə]

Mehmed I miniature.jpg
I Mehmed 1386-cı ildə doğuldu. Atası İldırım Bəyazid, anası Gərmiyanoğlu Süleyman Şahın qızı Dövlət Xatundur. Çələbi Mehmed uşaqlığından etibarən böyük alimlərdən dərs alıb. Dünyəvi və dini elmlərə yiyələnmişdir. 1393-cü ildə təcrübə qazanmaq üçün atası İldırım Bəyazid tərəfindən Amasya sancaqbəyi olaraq təyin edildi. 1393-1402-ci illər arasında Amasya sancaqbəyi olaraq fəaliyyət göstərdiyi müddətdə dövlət idarəçiliyin öyrəndi. Amasya o dövrdə Osmanlı dövlətinin şərqdəki uc nöqtəsi olaraq çox böyük önəmə sahib idi. Bu vəzifəni yerinə yetirdiyi müddətdə Amasya sancaq bəyi olaraq atasının Anadolu yürüşlərinə əyalət əsgərləri ilə birgə qatıldı. Bu yürüşlərdə əsasən ehtiyat qüvvələrə başçılıq edirdi. Əmir Teymur ilə Osmanlılar arasında baş verən Ankara döyüşündədə ehtiyat birliklərin komandanı olduğundan bu döyüşdən ən tez və ən az zərərlə qaçan məhz I Mehmed oldu.

Fetrət dövrü[redaktə]

Atası Sultan İldırım Bəyazid Əmir Teymura məğlub olduqdan və əsir düşdükdən sonra Əmir Teymur tərəfindən yenidən Amasya əmiri olaq təyin edildi və qardaşları İsa ÇələbiSüleyman Çələbi və Musa Çələbi ilə mübarizə aparmaq məcburiyətində qaldı. İsa Çələbinin öldürülməsindən sonra Çələbi Mehmed Anadoluda yalnız qaldı.
Bundan sonra onun qüvvətlənməyindən qorxan və Anadoluya gələn qardaşı Əmir Süleymanla mübarizə apardı. Əmir Süleymanı Musa Çələbinin köməkliyi ilə məğlub etdi.

Ona qatılan serb despotu və bəzi bəylərlə Dunaya tərəf çəkilməkdə olan Musa Çələbinn üzərinə yeridi və Palçıqlı Dərbənd ətrafında baş verən döyüşdə Musa Çələbini məğlub etdi. Musa Çələbi yaralı olaraq qaçarkən tutldu və boğularaq öldürüldü. Bursaya göndərilən cənazəsi digər qardaşları kimi atasının türbəsində dəfn edildi.
Qardaşların hamısın müxtəlif vaxtlarda məğlub etdikdən sonra özün Ədirnədə bütün Osmanlı dövlətinin hökmdarı elan etdi və taxta oturdu.

Anadoludakı mübarizəsi[redaktə]


I. Mehmed
Çələbi Mehmed Rumelidə olduğu müddətdə Qaramanoğlu Mehmed bəy Bursanı mühasirəyə almış, Musa Çələbinin cənazəsinin gətirildiyin eşidəndə şəhəri yandırıb geri qayıtmışdı. Aydınoğlu Cüneyd bəydə bu vaxt Ohridən qaçıb Aydına gəlmiş və Ayasluqu mühasirəyə alıb sancaqbəyin öldürmüşdü. Bu səbəbdən Çələbi Mehmed Anadoluya qayıdan kimi birinci Cüneyd bəyin üstünə getmiş Çandarlının əli ilə Mənəmən, Qayacıq və Nif qalaların ələ keçirmişdi. Bundan başqa İzmiridə ələ keçirmişdi. Çələbi Mehmed Cüneyd bəyin anasının xahişi ilə onu bağışladı və 1414-cü ildə Niqbolu sancaqbəyliyin ona verdi. Bu şəkildə işlərin yoluna qoyan Çələbi Mehmed həmin il Bursaya gələrək Qaraman səfərinə çıxdı. Akşəhər, Bəyşəhər və Seydişəhəri aldı və Mehmed bəyi məğlub etdi. Daha sonra Konyanı mühasirəyə alsada qış fəslinin yaxınlaşması səbəbilə mühasirəni dayandırmalı oldu və Qaramanoğulları ilə sülh müqaviləsi bağlayıb geri qayıtdı. Sülh danışıqları zamanı Mehmed bəy paltarının içinə göyərçin qoyaraq and içdiyi və Sultan Mehmedin yanından çıxarkən bu quşu azad edərək andın əsassız olduğun iddia eləmişdir. Mehmed bəyin yenidən Bəyşəhər və Seydişəhərə hücum etməsi səbəbilə ikinci dəfə Qaramanoğullarının üstünə getdi və Konya Ovasında baş verən döyüşdə Mehmed bəyi məğlub etdi.
Qaramanoğlu səfərindən qayıtdıqdan sonra Ankarada xəstələnən I Mehmed burada Gərmiyanoğlu Yaqub bəyin şəxsi həkimi Mövlana Sinan tərifindən müalicə olunmuşdur. Buna görədə Mövlana Sinan I Mehmed tərəfindən mükafatlandırılmışdır. Mövlana Sinan bu mükafatın əvəzində başından keçənləri və müalicəni Xarnamə adlı məsnəvidə rəvayət eləmişdir.

Rumelidəki mübarizəsi[redaktə]


Mehmed Çələbi Divanda paşalarla məsləhətləşərkən.
Anadoluda işləri qaydasına qoyan I Mehmed Ədirnəyə getdi və 1416-cı ildə Rumeli səfərinə çıxdı. Albaniyanın alicənablarıFetrət dövründə burada olan Osmanılı qarnizonun şəhərdən çıxartmışdılar. Buradakı vəziyyəti ələ almaq üçün I Mehmed sahildə yerləşən Avloniya (indiki Vlore) və dənizdən içəridə yerləşən (indiki Kloje) qalalrın ələ keçirdi. Moreyaya axınçılar göndərdi. Musa Çələbiyə yardım etmiş Valaxiya şahzadəsi Mirçanın üstünə qoşun göndərdi. Dunay çayın aşaraq Orta Macarıstan bölgəsinə nəzarət edən Valaxiya şəhərinə yeni bir qala çəkdirdi bunun nəticəsində Valaxiya İldırım Bəyazidin vaxtında olduğu kimi yenidən Osmanlıların nəzarətinə keçdi. Dobrucanın təmamilə ələ keçirilməsinə şərait yaratdı. Buralara göz dikən Macar Krallığına göz dağı vermək üçün Transilvaniya və Macarıstana axınçılar göndərdi. Bosniyaya hər il axınçılar göndərdi və Bosniya alicənablarına Osmanlılardan aslılığı qəbul etdirdi və sonunda Bosniya kralı II Tvrtko Osmanlılardan aslılığı rəsmən qəbul elədi.
Buradan təkrar Anadoluya keçib Candarlıların hakimiyəti altında olan Samsuna getdi. İsfəndiyaroğulları Teymurdan Kastmonu, Safranbolu və ətrafındakı əraziləri almış, Qaramanoğulları ilə Osmanlılar əleyhinə ittifaq qurmuşdular. Mehmed bu bölgələri və Samsunu geri ala bildi. Teymurla bura gəlmiş tatarları və türkmənləri Filib ətrafında Tatar bazarı adlanan bölgəyə köçürdü.
Sultan I Mehmedin hakimiyəti dövründə Geliboluda ilk dəfə Osmanlı donanması quruldu. Bu yeni qurulan donanmanın başına Çalı bəy gətirildi və Egey dənizindəki Osmanlı ticarət gəmilərin qarət eliyən Naksos dükünə qarşı göndərildi. Lakin bu donanma qəfildən istiqmətin dəyişdirdi və Trabzondan əmtəə ilə qayıdan Venesiya gəmisin təqib etməyə başladı. Venesiya gəmisi Egey dənizində yerləşən Əyriboğaz limanına qaçmağı bacardı. Osmanlı donanması bu limana bir neçə dəfə hücüm etsədə bir nəticəsi olmadı və geri qayıtdılar. Bu zaman limanın yaxınlığında olan Pyotr Loredanın rəhbərliyindəki Venesiya hərbi donanması Osmanlı donanmasın Geliboluya qədər təqib etməyə başladı. 29 may tarixində Çanaqqala yaxınlığında qarşılaşan iki donanma bu dövlətlər arasında baş verən ilk dəniz döyüşün başlatdılar. Döyüş günorta saat ikiyə qədər davam etdi və Venesiya donanmasının qalibiyəti ilə başa çatdı. Venesiyalılar Osmanlıların bütün donanmasın darmadağın etdilər. Osmanlıların yalnız altı qalyot və doqquz karavellası Venesiyalılara təslim oldu. Venesiyalılar Çalı bəy başda olmaqla bütün ələ keçən əsirləri müsəlman və ya xristiyan olmağına baxmayaraq öldürdülər. Bunun səbəbi Osmanlıların Egey dənizində güclənməyindən qorxmaqları idi. Bu döyüşlər Osmanlılar və Venesiyalılar arasında sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Bu müqavilənin imzalanmağı üçün Venesiyaya göndərilən Osmanlı elçiləri Venesiya sarayında çox yaxşı qarşılandı və bahalı hədiyyələr verildi.

Şeyx Bədrəddin üsyanı[redaktə]


I Mehmed.
I Mehmed dövrünün ən vacib hadisəsi Şeyx Bədrəddin üsyanıdır. Şeyx Bədrəddin Musa Çələbi zamanında kazəsgərliyə təyin edilmişdi. Lakin I Mehmedin taxta çıxmağından sonra aylıq 1,000 axça ilə təqaüdə çıxarılmış və ailəsi ilə birlikdə İznikə sürgün edilmişdi. Şeyx Bədrəddin Ədirnədə və İznikdə əsər yazmaqla məşğul olub onu ziyarət etməyə gələnlərə öz fikirlərin təbliğ edirdi. Ədirnəyə gəlməmişdən əvvəl Anadoluda şan qazanmışdı. İznikdə də boş dayanmayan şeyx adamlarından Börklücə Mustafanı Aydın ətrafına göndərərək təbliğat aparırdı. Bundan başqa Torlaq Kamal adındakı adamı daha əvvəl Manisa ətrafında fəaliyətə başlamışdı. Şeyx Bədrəddin Börklücə Mustafa hərəkatının genişləməsi səbəbilə həccə getmək adı ilə əvvəlcə Sinopa, ordan Kufəyə və axırda əvvəlcədən tanış olduğu Valaxiya şahzadəsi Mixailin yanına gedərək pul və ordu dəstəyi aldıqdan sonra Dəliorman tərəflərə keçdi. Burada da əksəriyəti ələvi olan könüllülərdən ordu topladı. Nəticədə ilk üsyan 1418-ci ildə Qaraburunda başladı və sonradan özün Manisada da göstərdi. Qısa zamanda genişlənən Börklücə Mustafa üsyanı Amasya qubernatoru şahzadə Murad və Bəyazid Paşa tərəfindən qanlı şəkildə yatırıldı. Beləki Bəyazid Paşa Börklücəni məğlub edərkən, şahzadə Murad isə Torlaq Kamalı məğlub etdi. Börklücə tutularaq işgəncə ilə öldürüldü. Torlaq Kamal da həmin aqibətlə rastlaşdı. Şeyx Bədrəddin Bəyazid Paşa tərəfindən tutularaq Serezdə olan padşahın hüzuruna gətirildi. Şeyxin cinayətləri üləma tərəfindən tədqiq olunduqdan sonra İslam dininə zidd olan hərəkətlərə yol verdiyinə və cəmiyyət nizamın pozduğuna görə günahkar sayılaraq, Sadəddin Taftzaninin şagirdlərindən Heratlı Molla Heydərin fətvası ilə Serez meydan bazarında asıldı və mirası varislərinə verildi.

Anadoludakı növbəti mübarizəsi[redaktə]

Şeyx Bədrəddin üsyanından sonra I Mehmed diqqətin yenidən Anadoluya yönəltdi. I Mehmed 1415-ci ildə Saruhan və 1416-cı ildə Məntəşə bəyliklərin Osmanlı dövlətinin tərkibinə qatmışdı. Növbə Antalya tərəflərdə mövcud olan Təkəoğulları bəylərinə gəlmişdi və I Mehmed bu bəyliyi də qısa müddət ərzində Osmanlı dövlətinin tərkibinə qatdı. Anadoluda müstəqil olaraq yalnız Osmanlılara hər zaman yardım etmiş Gərmiyanoğulları qalmışdı. Bu bəylikdə özünə məxsus olan Afyonkarahisar və Kütahya şəhərlərin Osmanlılara verdi.

Düzməcə Mustafa üsyanı[redaktə]

Bu zaman Osmanlıların sonuncu problemi Ankara döyüşündən sonra itkin düşmüş qardaşı Mustafa Çələbi olduğun iddia edən bir nəfərin 18 il sonra meydana çıxmasıydı. Bəzi tarixçilərə görə həqiqətən şahzadə Mustafa olan bu adam dövrün Osmanlı tarixində Düzməcə Mustafa olaraq adlandırılmışdır. Mustafa 1418-ci ildə Venesiyalıların köməkliyi ilə Fesseliya və Səlanikdə özün sultan elan etdi. I Mehmedin Anadoluda olmağı və Sədrəzəm Bəyazid Paşanın Şeyx Bəbrəddin ilə mübarizə aparmağı səbəbilə Mustafa sürətli şəkildə Ədirnəyə doğru irəlilədi. Lakin Sultan I Mehmed sürətli şəkildə Trakyaya keçib Mustafanın ordusun darmadağın etdi və Mustafanın özü isə qaçaraq Bizansa sığındı.

Ölümü[redaktə]


I Mehmedin türbəsindəki tabutu.

Sultan I Mehmed tərəfindən inşa etdirilən Yaşıl Türbənin girişi.
Sultan I Mehmed Ədirnədə olarkən çıxdığı ovda fəlç oldu və at belindən düşərək yaralandı. Tutulduğu fəlçdən (Osmanlıcada "nüzul") xilas ola bilməyəcəyin başa düşən Sultan vəzirlərindən Bəyazid, İbrahim və Hacı İvaz Paşanı dəvət edərək böyük oğlu Amasya qubernatoru Muradın tez paytaxta gətirilməyin istəyərək belə dedi:
"Tez oğlum Muradı gətirin. Mən bu yataqdan qalxa bilmərəm. Murad gəlmədən ölsəm fitnə çıxar. Tədbir görün, ölümümü gizlədin."
Qısa çəkən xəstəlikdən sonra 1421-ci ilin iyun ayında I Mehmed vəfat etdi. Çələbi Mehmedin vəfatı çox gizli saxlandı. Bunun əsas səbəbi isə o zaman Selanikdə olan Mustafa idi. Cəsədi təhnik (mumiya) edilərək sarayda saxlandı. Şəhzadə Muradın paytaxta gəlişinə qədər 40-42 gün padşahın vəfatı gizli saxlanıldı. Ölümü gizlədilən ilk Osmanlı padşahı oldu. Ölümündən şübhələnən əsgərlərin üsyan qaldırmamaqları üçün mumiyalanmış cəsədinə paltar geyindirilib, başına əmamə qoyulub balkondan əsgərlərin qarşısında əllərinin hərəkət etdirildiyi rəvayət olunur. Muradın Bursaya gəlib taxta çıxmağından sonra I Mehmedin cəsədi Bursaya gətirilərək Yaşıl Türbədə dəfn olundu.

Hiç yorum yok:

Göndər