Sasanilər İmperiyası (ingiliscə: Sassanid Empire) – 226-cı ildən 651-ci ilə qədər müasir İran, İraq, Əfqanıstan, Pakistan,Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars-mənşəli Sasanilər sülaləsinin əsasını I Ərdəşir Parsların sonuncu şahı olan IV Ərdəvanı məğlub etdikdən sonra qoymuşdur.Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövləti nin əsasını qoydu.
Tarixi
224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226-241) özünüKtesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Zəifləmiş Kuşan dövlətinin torpaqları hesabına öz ərazisini şərqə tərəf daha da genişləndirmişdi. Roma ilə şahənşah I Şapur (242-272) arasında Mesopotomiya və Ermənistan uğrunda şiddətli mübarizə Romanın məğlubiyyəti ilə bitmişdi. I Şapur Qafqazda, Şərqdə, Orta Asiyada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilmişdi. Lakin Şapurdan sonra artan daxili mübarizələr Sasanilər dövlətini xeyli zəiflətdi. Bunun nəticəsində Roma imperatoru Kar ilə mübarizədə məğlub olaraq 283-cü ildə müqavilə bağlandı. Erməni çarlığı Sasanilərin təsirindən çıxdı. IV əsrdə Qafqaz Albaniyası, Mesopotomiya, Ermənistanın yarısı Sasani imperiyasının tərkibinə daxil edildi.
Zəifləmiş Kuşan dövlətinin torpaqları hesabına öz ərazisini şərqə tərəf daha da genişləndirmişdi. Roma ilə şahənşah I Şapur (242-272) arasında Mesopotomiya və Ermənistan uğrunda şiddətli mübarizə Romanın məğlubiyyəti ilə bitmişdi. I Şapur Qafqazda, Şərqdə, Orta Asiyada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilmişdi. Lakin Şapurdan sonra artan daxili mübarizələr Sasanilər dövlətini xeyli zəiflətdi. Bunun nəticəsində Roma imperatoru Kar ilə mübarizədə məğlub olaraq 283-cü ildə müqavilə bağlandı. Erməni çarlığı Sasanilərin təsirindən çıxdı. IV əsrdə Qafqaz Albaniyası, Mesopotomiya, Ermənistanın yarısı Sasani imperiyasının tərkibinə daxil edildi.
İnzibati bölmələri
Sasanilər zamanı Azərbaycanda önəmli dəyişikliklər üz verir. Xosrov Ənuşirəvan (səltənət 531-578 M.S)[2] (bəzi qaynaqlarda Qubad şahın zamanından [3]) İranı dörd yerə bölüb, dörd "sepəhbod"a tapşırır. Bu bölümlər "Kust" adlanırlar. İranın kostları bunlardan ibarətidilər:
1) kust ī xwarāsān “quzey doğu kustu (Xorasan) kustu” 2)xwarwarān “güney batı kustu” 3)kust ī nēmrōz “güney doğu kustu” 4)kust ī ādūrbādagān “quzey batı kostu”[1]
Şirvan və Aran hər ikisi ādūrbādagān kustunda yerləşirdilər və bunların şahları ādūrbādagān sepəhboduna tabidirlər. ādūrbādagān sepəhbodu iranın ən güclü sepəhboduidi. Hər üç sepəhbod təkcə gümüş bir təxtdə oturmağa icazələri varidi vəli ādūrbādagān sepəhbodu qızıl təxtdə əyləşirdi. [2]
Adūrbādagān kustunun şəhristanları (pəhləvi dilində şəhristan=şəhər) İranın şəhristanları [4]. kitabında belədir:
> Azərbaycan kustu< 56- Azərbaycan şəhristanın Azərbaycanın sepəhbodu İran goşnəsb tikibdir.
57- Van şəhristanı Van Goləxş (Bəlaş) ın qızı ki Jeyqobqdnan izdivac edib tikib, nə Tur bəradərvəş kərəb sehrlə oranı Ərvəndəsb (Ərcasb) deji kimi əvəzləyib, öz canın qorumaq üçün.
58- Azərbaycan kustunda Gəncə (Gənzək-Şiz) şəhristanın Turanlı Əfrasyab (Alpərtunqa) tikib.
59- Amvi şəhristanın (=Amol) Zəndiq-e por mərg (Ölü dolumlu zəndiq) tikib.
60- Rey şəhristanı ..... və Zərdüşt sepitaman oölu bu şəhristandan idi.
Azərbaycan Sasanilər dövründə
Albaniya 262-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənurşirəvanın dövründə Albaniya, Atropatena və İberiya sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd Hun qapıları və ya Dəmir qapı adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklərtəşkil edirdi.
III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Vallerianı məğlub edərək əsir aldı.359-cu ildə Sasanilər Amid döyüşündə Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. 371-ci ildə Roma ilə Sasanilər arasında Dzirav döyüşü baş verdi. Bu döyüşdə alban hökmdarı Urnayr Sasanilər tərəfindən vuruşurdu. Bu döyüşdə Roma və erməni qüvvələri qalib gəldi.
Hiç yorum yok:
Göndər