reklam

Yeni Misir

Yazar Adsız 30 Kasım 2014 Pazar 0 yorum

Yeni çarlıq (XVIII-XXXIII-cü sülalələr, e.ə. 1580-1085 illər)


Yeni çarlıq dövründə yenə də Misiri mədəni, iqtisadi və hərbi cəhətdən güclü və inkişaf etmiş bir dövlətə çevrilmişdir. Hiksoslardan alınmış cəng arabalarından istifadə edilməsi, Misir ordusunu regionun ən güclü ordusuna çevirmişdir. Eyni zamanda elm və mədəniyyət həyatında intibah dövrü yaşanırdı. O zaman ölkəni Amenhoteplər, Tutmoslar,Ramseslər, Ehnaton, çariça Hatşepsut kimi bacarıqlı hökmdarlar idarə etmişdirlər. Fironlar III Amenofis və III Tutmos hakimiyyəti dövrü Misir qüdrəti zirvə nöqtəsinə çatmışdır.Şimalda Misir orduları Suriyani işğal edərək, Mesopotamiyaya qədər irəliləmişdirlər. Cənubda isə ölkə sərhədləri Nubiyanın Kerma və Nalata məntəqələrinə qədər genişlənmişdir. Firon I Tutmosun qoşunu SuriyaFələstin və Fərat çayının sahillərinə qədər irəliləyə bilmişdirlər.

Bundan sonra istila siyasəti dayandırılmışdır. Növbəti firon II Tutmosun az müddətli hakimiyyətindən sonra, hakimiyyətə onun kənizindən olan azyaşlı oğlu III Tutmos gəlmişdir. Ona görə əslində ölkəni II Tutmosun həyat yoldaşı Hatşepsut idarə etmişdir. Sonra bu qadın özünü firon elan etmişdir. Eyni zamanda III Tutmos da formal olaraq bu adı daşıyırdı və hakimiyyətdən getmək niyyəti olmamışdır. Öz hakim mövqeyini saxlamaq üçün Hatşepsut hiləgər siyasət aparmışdır, bir çox saray xadimlarini və kahinləri müxtəlif yollarla öz tərəfinə çəkə bilmişdir. Öz hakimiyyəti dövründə Hatşepsut Aton tanrısının məbədlərini inşa etmişdir, onun kahinlərini himayə edirdi. Lakin başqa tanrıların kultlarına da ehtiram edirdi.
Hatşepsutun ölümündən sonra III Tutmos hakimiyyəti ələ almış və onun tərəfdarlarını məhv etmişdir. Sonra o, uğurlu savaşlar aparmış, Suriya ilə Fələstini istila etmişdir. III Tutmos qonşularına qarşı 17 uğurlu hərbi yürüş təşkil etmişdir.
Yenə də bu cür istilalar ətraf xalqların qarət olunmasına və külli miqdarda sərvətlərin Misirin mərkəzlərinə axmasına kətirib çıxarmışdır. Bunun nəticəsində nəhəng inşaat nümunələrinin ucaldılması işləri davam etdirilmişdir. LuksorAbidos, Tebes, Əbu Simbeldə yeni piramidalar və başqa tikililər ucaldılmışdır.
Daha sonra hakimiyyətə gəlmiş IV Amenofis baş şəhəri Ahetaton’a (müasir El-Amarna) keçirmiş və ölkədə dini islahat aparmışdır. Onun dövründə Aton Misirin tək və şəriksiz tanrısı elan edilmiş, firon isə özünü Ehnaton adlandırmışdır. Ancaq bu islahatlar müvəqqəti xarakter daşımışdır və artıq Ehnatonun varisləri ənənəvi Amon kultunu (günəş tanrısıdır) bərpa edib, baş şəhər statusunu yenə də Tebesə qaytarmışdırlar.
Daha sonra Misir hittilərlə uğursuz savaşlar aparmışdır. Ancaq hitti qoşununun arasında yayilmış hansısa yoluxucu xəstəlik onlara ölkəni işğal etməyə imkan verməmişdir. Bu zaman firon I Seti (e.ə. 1312—1298 illər) əks hücuma keçə bilmişdir.
Setinin oğlu II Ramses Misiri 66 il ərzində idarə etmişdir. Onun xarici siyasətində bəzi uğursuzluqlara baxmayaraq, ölkə daxilində iri miqyaslı quruculuq işləri aparmışdır. Onun yeni baş səhəri Nilin deltasında yerləşən Per-Ramses (Tanis) şəhəri olmuşdur. Ancaq onun varislərinin dövründə Misirin daxili və xarici problemləri artmışdır. Ölkədə rüşvətxorluq, korrursiya, kahinlərin həddən artıq artmış nüfuzu böyuk narazılıqlara səbəb olmuşdur. Xalq hətta çörək qıtlığı problemi ilə üzləşmişdir. Eyni zamanda şimaldan müxtəlif tayfalar Misirə basqınlar edirdilər. Firon XI Ramsesin hakimiyyəti dövrundə (e.ə. 1085 ildə) ölkədə vətəndaş savaşı başlanmışdır və bunun nəticəsində firon sülaləsi devrilmişdir. Faktiki olaraq hakimiyyət Amon tanrısının kahinlərinin əlinə keçmişdir.


Ən yeni dövr (XXII-XXXIII-cu sülalələr, e.ə. 950-30 illər)
Ramseslərin sonuncu numayəndələrinin fironluğu zamanı Misirin siyasi və iqtisadi vəziyyəti ağırlaşmışdır. Mərkəzi hakimiyyət öz keçmiş nüfuzunu itirmiş və faktiki olaraq parçalanmışdır. Cənub vilayətlər Karnak şəhərində yerləşən Amon tanrısının məbədinin kahini Herihor tərəfindən idarə olunurdu. Şimalda isə hakimiyyəti ‘Delta’da yerləşən Tanisşəhərinin hökmdarı Smendes ələ keçirmişdir. Sonra Tanisin başqa hömdarı Nesubanebced XXI-ci sülalənin yaradıcısı olmuşdur.

Hiç yorum yok:

Göndər