reklam

Qədim Misir

Yazar Adsız 29 Kasım 2014 Cumartesi 0 yorum

Dövlətin tarixi 6 dövrə bölünür:

  1. Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800)
  1. Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr. 2250)
  1. Orta padşahlıq (e.ə. təqr. 2050 – e.ə. təqr. 1750)
  1. Yeni padşahlıq (e.ə. təqr. 1580 – e.ə. təqr. 1070)
  1. Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070 – e.ə. təqr. 332)
  1. Yunan Roma dövrü (e.ə. 332 – e. 395).
Misir Afrika qitəsinin şimal-şərq hissəsində yerləşir. Ölkənin şimalı Aralıq dənizinin suları ilə əhatə olunur. Orada Sina yarımadası vasitəsi ilə ölkənin Yaxın Şərqə çıxışı vardır. Burada Qədim zamanlarda yalnız Nil çayı hövzəsinin ətrafı Misir ölkəsi sayılırdı. Bu çayın mövcud olmasına görə orada ən qədim zamanlarda əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlar yaranmışdır və bu region, Mesopotamiya ilə birlikdə, bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Nil çayının və oradakı ərazilərin Aralıq dənizinə yaxınlaşan hissəsi üçbucaq şəkilli olduğuna və eyni adlı yunan hərfinə bənzədiyinə görə oraya “Delta” deyilir. ‘Delta’da yerləşən vilayətlər bu çaydan, bir çox məcralarla axdığına görə, həmdə xarici basqınlardan qorunmaq üçün istifadə edirdilər.Misirin ərazisində qədim insanlar suvarma sistemlərini yaratmış, daş və misdən düzəldilmiş əmək alətlərindən istifadə etmişdirlər. Əmək fəaliyyətinin nəticəsində orada yüksək mədəniyyətin yaranması mümkün olmuşdur. Bütün işlərin görülməsində kölə əməyindən geniş iftifadə olunurdu. Qədim misirlilər sami xalqları qrupuna daxil olmuşdurlar, lakin onların başqa Afrika, Avropa və Asiya xalqları ilə qarışması faktları da tarixdə olmuşdur.E.ə. V-IV-cü minilliklərdə, ibtidai icma quruluşunun dağılmasından sonra, Misirdə tədricən kiçik dövlət qurumları yaranmışdır. Şumerdə olduğu kimi, hər bir vilayət müstəqil ərazi olmuşdur. Onların baş şəhərləri, idarə etmə sistemləri, orduları və tanrıları olmuşdur. Bu vilayətlər bir-birləri ilə ittifaq qururdurlar və ya savaşırdırlar. Lakin sonra birləşmə meylləri artmış və olkə ikiyə - yuxarı (şimal) və aşağı (cənub) hissəyə bölünmüşdür. Bu hissələrin çarları savaşlar aparmış və ölkənin birləşdirilməsi üçün cəhdlər etmişdirlər. Bu dövrə Misirin “sülalələr öncəsi dövrü” deyilir. E.ə. III-cü minilliyə aid olan bir daş lövhəsində qədim Misirin şimal çarlarının siyahısı verilmişdir. Ancaq ola bilsin ki, onlar çarlar deyil, tayfa və ya şəhər başçıları olmuşdurlar.Ümumiyyətlə o dövrlər haqqında bilgilər çox azdır və “sülalələr öncəsi dövrü” nə vaxta qədər davam edib, demək çətindir. Hər halda artıq e.ə. III minillikdə vahid dövlət mövcud olmuşdur və burada 2 çar sülaləsi olmuşdur və bu tarixdən Misir dövlətinin tarixi başlanır. Misir çarlarıni “firon”lar adlandırırlar. Hesab olunur ki Misirin 30-a yaxın çar sülalələri olmuşdur.Misirin qədim tarixi eramızdan əvvəl IV-III əsrlərdə yaşamış Manefon (yunanca Manethon) adlı tarixçi tərəfindən qələmə almışdır. O Heliopolis şəhərinin kahini olmuşdur. Onun tarix əsəri bizim zamanəmizə qimən, başqa müəlliflərin əsəlləri vasitəsi ilə çatmışdır. MəhzManefon Misir tarixini 30 firon sülalələri ilə vermiş və bu bölgü tarix elmində qəbul olunmuşdur. Manefon gələmə aldığı hadisələrin şahidi olmasa da, çox etibarlı qaynaqlarla, sənədlərlə, qədim tarixçilərin əsərləri ilə işləmiş və onlara istinad etmişdir.Manefonun təsnifatına görə qədim Misir tarixi bir neçə dövrə bölünür: ən qədim, qədimortayeni və ən yeni.Ən qədim zamanlardan başlayaraq, Misir dünya mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Orada Manefonun bögüsünə görə hələ 1-ci sülalənin hakimiyyəti dövrünə aid olan misdən və başqa növ metallardan düzəldilmiş əmək alətlərindən (baltalar, bıçaqlar, mismarlar, çəkiclər, iynələr və s.) istifadə edirdilər. Bunlar arxeoloji qazıntılar zamanı məzarların birində tapılmışdır. Məsələ burasındadır ki, misirlilər ölənlərin dirilməsinə və bu əşyalardan istifadə etməsinə inanırdılar. Onları ölulərlə birlikdə məzarlara qoyurdular. Eyni zamanda, həmən dövrdə onlar daş alətlərindən də istifadə etmişdirlər. Bunlardan başqa, məzarlarda kətan parçasınin qalıqları və iplər də tapılmışdır. Deməli o zaman Misirdə parça tikilişi də olmuşdur.Həmən dövrlərdən başlayaraq, Misirdə Nil çayı boyu şəhər və qəsəbələr salınmışdır. Tikinti zamanı kərpicdən və taxtadan istifadə edilmişdir. Misirlilər artıq taxta məmulatlarından, mis, gil və saxsı qablardan da məişətdə geniş istifadə edirdilər. Əkinlərinin suvarılması üçun misirlilər kanallar qazıb, Nil çayının sularını uzun məsafələrə apara bilmişdirlər. Əkin sahələrində müxtəlif yeməli bitki növləri, o cümlədən buğda, üzüm əkilirdi. Misirlilər xırda və iri buynuzlu heyvanları, eşşəkləri, atları saxlayıb, otarırdılar. Buna dəlil kimi qədim qablar üzərində olan rəsmləri gətirmək olar. Ölkədə bütün ağır isləri kölələr görürdülər. Aramsız savaşlar nəticəsində Misirə minlərlə hərbi əsir gəlirdi. Onların hamısı kölə olub, müxtəlif sahələrdə işləyirdilər.İlk yazı nümunələri də o vaxtlar yaranmışdır. Yazarlar “papirus” (yun. pápyros) adlanan bitkinin gövdəsindən emal edilmiş lülə halında bükülmüş kağızlardan istifadə edirdilər. Papiruslar sonra bütün antik dünyada istifadə edilirdi. Yazılarda misirlilər əlifbadan deyil,heroqliflərdən istifadə edirdilər. Heroqliflər sözlərin, cümlələrin və müxtəlif mənaların işarəli ifadəsi olmuşdur.Misirin şimal və cənubu birləşəndən sonra, birləşmiş ölkə fironlar tərəfindən idarə olunurdu. Onlar çox vaxt tanrılaşdırılmış və Horustanrısının təcəssümü kimi təsəvvür edilirdilər. Fironların ölkənin hər iki hissəsini simvolizə edən aq və qırmızı rəngli iki tacı olmuşdur. Onların çoxlu sayda məmurları, canişinləri, xidmətçiləri də var idi. Onlar dövlət işlərini aparmışdırlar.Rəvayətlərə görə, ola bilsin ki, vahid Misirin birinci hökmdarı Menes olmuşdur. O cənublu idi və şimal çarlığa qalib gəlib, ölkəni birləşdirə bilmişdir. Bəlkə də o 1-ci sülaləninyaradıcısı olmuşdur. Ancaq başqa rəvayətlərə görə, hələ 1-ci sulalə bərqərar olmamışdan öncə, Misir artıq birləşmişdi. Ola bilsin ki, 1-ci sülalədən öncə ölkədə birləşmə prosesləri başlanmış, və birinci fironlar dövründə başa çatmışdır. Yenə rəvayətə görə Menes birləşmiş Misirin baş şəhəri olmuş Memfisi inşa etmişdir. Ancaq qədim bir abidənin üzərində şimali Misirə qalib gələn və ölkəni birləşdirən adamın adı Narmerdir. Bəlkə də Menesi həm də Narmer çağırırdılar. Hər halda bu məsələ aydın deyil.II-ci sülalənin fironları özlərini Horusun deyil, Set tanrısının təcəssümü kimi ifadə edirdilər. Bu sülalənin sonuncu fironları isə hər iki tanrını öz himayədarları kimi qəbul etmişdirlər.Misirdə vahid dövlət yaranandan sonra, fironlar öz hakimiyyətlərini genişləndirməyə, nüfuzlarını artırmağa çalışmışdırlar. Bunlara nail olmaq üçün onlar qonşuları ilə savaşlar aparmışdırlar. III-cü sülalədən olan firon Zoserin (e.ə. 2635—2611) dövrundə Misir çox güclənmişdir. O mis və filizi ilə zəngin olan Sinay yarımadası uğrunda oradakı köçəri tayfalarla uğurlu savaşlar apararaq o əraziləri öz ölkəsinə qatmış və oranı idarə etmək üçün canişinini təyin etmişdir. Cənubda isə o həbəşləri məğlub edə bilmişdir. Rəvayətlərə görə Zoser müxtəlif tanrıların kahinlərini razı salaraq, onlara böyük ərazilər və əmlak hədiyyə etmişdir.Zoserin yardımçısı məşhur vəziri İmhotep olmuşdur. O həmdə Misirin baş kahini olaraq, ölümündən sonra tanrılaşdırılmışdır. Məhz İmhotep fironların dəfn olunan yeri kimi məşhur Misir piramidalarının inşa edilməsi təşəbüsü ilə çıxış etmiş və onların layihəsini təklif etmişdir. İlk piramida firon Zoser üçün inşa edilmiş və bu gün də Qahirənin yaxınlığında yerləşənSaqqara kəndində tarixi abidə kimi qalmaqdadır.Bu kimi nəhəng tikililərin qurulması üçün savaşlar zamanı kölələrin əməyindən istifadə olunurdu. Minlərlə kölələr bu ağır və əzablı işə cəlb olunmuşdur və onların canları bahasına piramidalar ucaldırılmışdır. Onlar tikinti üşun lazım olan nəhəng daşları və başqa materialları uzaqlardan gətirirdilər. Herodotos [1] hətta yüz minlərlə qulların bu işdə içtirak etməsi və gecə-gündüz işləməsi haqqında məlumat vermişdir.IV-cü sülalənin fironları (məsələn firon Sinefru) da şimal və cənubda qonşuları ilə savaşlar aparmış və uğurlar əldə edə bilmişdirlər. Onların dövründə Nil çayında gəmiçilik inkişaf etmişdir.V-ci sülaləsinin hökmdarları əslən Heliopolis şəhərindən idilər. Buna görə də bu şəhərin baş (günəş) tanrısı Ra’nın kultunu dövlət səviyyəsinə ucaltmışdırlar. Bu kult gələcəkdə Misir tarixində çox əhəmiyyətli rol oynamışdır və fironlar özlərini günəş tanrısı Ra’nın oğulları kimi tanıdırdılar.VI-ci sülalənin ən tanınmış fironları I Pepi və onun oğlu II Pepi (e.ə. 2278—2184) olmuşdurlar. Onların fironluğu dövründə böyük uğurlar əldə edilmişdir, ölkə möhkəmlənmişdir.II Pepi hakimiyyətə 6 yaşında gəlmiş və 94 il Misiri idarə etmişdir. Onun hakimiyyəti dünya tarixində ən uzun sürən hakimiyyət sayılır. II Pepinin qoşun başçısı Hirhuf hətta Afrikanın ekvatorial hissəsinə qədər yürüş etmiş və oradan çoxlu sayda qara dərili kölələr gətirmişdir. Lakin bu uğurlara baxmayaraq, sonda vilayət canişinlərinin nüfuzu artmağa başlamışdır və bu proses II Pepinin varislərinin fironluğu zamanı ölkənin parçalanması ilə başa çatmışdır.VII-ci sülalənin hakimiyyəti dövründən başlayaraq Misirdə mədəniyyət və dövlətçilik sahələrində geriləmə prosesləri baş verirdi. Ölkə dağınıq vəziyyətdə olmuşdur və hətta xarici basqınlara məruz qalırdı. Bəzi fironlar yenə də ölkəni birləşdirmək və güvvətləndirmək istəsələr də, buna nail ola bilməmişdirlər. Bu zaman fironlar öz iqamətgahlarını MemfisdənHerakliopolisə keçirmişdirlər.Qədim Misirin orta dövr tarixi Tebes şəhərinin hökmdarının (ХI-ci sülalə) güclənməsi ilə başlamışdır. Onlar cənub vilayətləri öz hakimiyyəti altında birləşdirə bilmişdirlər. Sonra Tebes hökmdarı Mentuhotep Helliopolisdəki zəyifləmiş firon sülalısini devirmişdir və özünü firon elan etmişdir. Sonra isə onun vəziri Amenemtah hakimiyyəti ələ keçirmiş və bu hadisə iləХII-ci sülalənin hakimiyyəti başlanmışdır. Çox vaxt bu sülaləni “Amenemtah”lar və ya ”Senustret”lər (e.ə. 1991 − 1783 illər) sülasəsi adlandırırlar. Firon III Senustret Misiri yenə də hərbi, mədəni və iqtisadi cəhətdən qüdrətli dövlətə çevirə bilmişdir. O dövrdə fironlar başqa xalqlara qarşı qərbi yürüşlər həyata keçirmişdirlər. Cənubda, Nubya (müasir Sudan) ölkəsi fəth edilib, orada qızıl mədənləri kəşf edilmişdir. İstilalar zamanı Misirə böyük miqdarda maddi sərvət və qullar gətirilirdi. Bunun nəticəsi olaraq, ölkədə iri miqyaslı inşaat işləri görülüb, yollar çəkilib, suvarma kanalları qazılmışdır. Misirin Aralıq dənizi hövzəsində də nüfuzu artmış, qonşu xalqlar misirlilərlə hesablaşmaq məcburiyyətində qalmışdırlar. Girit (Krit) və Kıbrıs (Kipr) adaları, Yunanıstan və İtaliya şəhərləri ilə intensiv ticarət və mədəni əlaqələri qurulmuşdur. Beləliklə Misir o dövrdə Yaxın Şərqin ən güclü olkələrindən biri 


Hiç yorum yok:

Göndər