reklam

1526-MOHAC DOYUSU OSMANLİ-MACARISTAN

Yazar Adsız 25 Kasım 2014 Salı 0 yorum
                                                                   
                                                      1526-MOHAC DOYUSU OSMANLİ-MACARISTAN
QALİB TƏRƏF-OSMANLİ İMPERATURLUĞU(KANUNİ SULTAN SULEYMAN)




Moxaç döyüşü (türk. Mohaç Meydan Muharebesimac. Mohácsi csata) - 1526-cı ilin 29 avqust tarixində Osmanlı imperiyasıvə Macarıstan krallığı arasında Macarıstan ərazisində yerləşən Moxaç ovasında baş vermiş döyüş. Moxaç döyüşü nəticəsindəMacarıstan ərazisinin böyük bir qismi Osmanlı imperiyasının nəzarəti altına keçmişdir. Döyüşdə Osmanlı ordusu səhra toplarından geniş şəkildə istifadə etmişdir. Sultan Süleyman Qanuninin əmri ilə qısa zamanda hazırlanan toplar macarların ağır suvari birliklərini sıradan çıxartmağa hesablanmışdı. Macarlar şiddətli top atəşini gözləmdiklərindən bir çox birlik açıq əraziyə çıxmış və böyük bir qismi ağır geyimli suvarilərindən təşkil olunmuş dəstələr 2 saat davam edən döyüşün sonunda məhv olmuşdur. Osmanlı imperiyasının bu döyüşdə düşməninə nisbətən az sayda döyüşçüsünü itirməsi və döyüşü ən qısa zamanda başa vurmasının əsas səbəbi səhra toplarından peşəkar formada istifadə olunması idi. Macarıstan krallığının kralı II Luis döyüş meydanından qacarkən, bataqlıqda bataraq ölmüşdür.

Döyüş Habsburqlarla münasibətlərini yaxşılaşdıran Macarıstan krallığının Osmanlı imperiyası tərəfindən təklif olunan şərtlərə əməl etməməsi və tabe olmaqdan imtina etməsindən sonra başlamışdır. Osmanlı imperiyası 1351-ci ildə Rumeli ərazisini fəth etdikdən sonra Macarlar Katolik dünyasına rəhbərlik edən əsas xalqlardan hesab olunurdu. Tərəflər arasında döyüşlər hələ XIV əsrin sonlarına yaxın başlamışdır. Kiçik ölçüdə olan bu döyüşlərin bir çoxunda Osmanlı imperiyası qalib gəldi. BelqradMacarıstan krallığının ən önəmli şəhərlərindən biri idi. Bu şəhər hündür qala divarları ilə əhatə olunmuşdu və qalanın daxilində yüksək təminatlı silahlı birliklər saxlanılırdı.
1440 və 1456-cı illərdə Belqrad şəhəri Osmanlı imperiyası tərəfindən mühasirəyə alınsada qala divarlarını aşmaq mümkün olmamışdır. Yalnız 1521-ci ildə baş vermiş Belqrad yürüşü zamanı şəhər Osmanlı imperiyası tərəfindən fəth edilmişdir. Belqradkimi mühüm strateji əhəmiyyət malik şəhərin itirilməsi Macarıstan krallığını sarsıtdı, ancaq tərəflər arasında döyüşlər hələdə davam etməkdə idi. Bəylərbəyi Bali Bəy Sultan Süleyman Qanuniyə Drava və Seva çayları arasında yerləşən Macarıstan krallığına məxsus ərazilərin fəth edilməsini təklif etmişdir. Sultan Süleyman Qanuninin Macarıstan krallığı ilə müharibəyə başlamsında Almaniya kralı V Karl və Fransa kralı I Fransisk arasında yaşanan mübarizənində müəyyən qədər rolu vardır.
I Fransisk Pavla yaxınlığında V Karla məğlub olaraq əsir düşmüşdür. I Fransiskin anası Luis de Savor İstanbul şəhərinə elçi heyyəti göndərərək və oğlunun əsirlikdən azad edilməsi üçün Sultan Süleyman Qanunidən kömək istədi. Sultan Süleyman Qanuni V Karlı zəiflətmək üçün təklifi qəbul etmişdir. Valaxiya və Boqdan knyazlıqlarıda Osmanlı imperiyasının Fransa kralına kömək etməsi əvəzində Macarıstan krallığının tərəfinə keçmişdir.

Sultan Süleyman Qanuni 10 mart1526-cı ildə Rumelidə yerləşən ordu başçılarından Bəhram Paşaya, Bosniya bəylərbəyinə və Krım xanına səfərə hazırlaşmaq barədə göstəriş verdi. Səfərdə Suriya və Misir əyalətlərində yerləşən əsəgərlərində iştirak etməsinə icazə verildi. Sultan Süleyman Qanuni 23 aprel 1526-cı ildə Topqapı sarayındanyola çıxdı. Qanuninin ordusunda 50 - 60 min nəfərlik ordu və 300 səhra topu vardı. Rumeli bəylərinin hərbi birləşmələri yol boyu Qanuninin ordusuna qoşulurdular, bu şəkildə orduda olan əsgərlərin sayı sürətlə artırdı. Belqrad şəhərinə gedən yolun üzərində yerləşən Petervaradin, Ujlak və Eszek qalaları fəth edildi.
Eszek qalası fəth edilərəkən qoşuna əsas məqsədin Budin şəhərini fəth etmək olduğu barədə məlumat verildi. Qoşun drava çayını keçərək Moxaç ovasına yaxınlaşdı. Macar və digər müttəfiq ordular Osmanlı ordusunu Moxaç ovasında gözləyirdi. Burada Macar ordusu tərəfindən hərbi düşərgə salınmış və döyüşə başlamaq üçün son hazırlıq işləri görülməkdə idi. Macar odusuna Macarıstan kralı II Luis rəhbərlik edirdi. II Luis Erdel voyvodası Yanos Szapolyaya öz qoşunu ilə birlikdə dəstək olmasını istədi. Ancaq iddialara əsasən Yanos Szapolya 30 minlik qoşunla yola çıxmış, lakin Osmanlı ordusuna qarşı döyüşməyin mənasız olması səbəbidən qoşununu Erdelə doğru geri çəkmişdir.
Digər bir iddiaya görə Yanos Szapolya kral II Luisə aralarında olan mənfi münasibətlər səbəbindən köməklik etməmişdir. İki saat davam etmiş Moxaç döyüşü nəticəsində Macarıstan krallığı ağır şəkildə məğlub oldu və kral II Luis öldü. Vatikan bu döyüşə qədər Osmanlı imperiyasına qarşı mübarizə apara biləcək tək güc kimi Macarıstan krallığını görürdü. Döyüşdən sonra Vatikanda Osmanlı ordusunun Vatikana qədər irəliləmək ehtimalının olması dövrünün Roma Papasında böyük təşviş yaratmışdır. Moxaç döyüşü Osmanlı ordusunun ən qısa zamanda böyük zəfər qazandığı ilk döyüşdür. Beləliklə ikinci Vyana yürüşünə qədər Mərkəzi Avropa və Balkan yarımadasıOsmanlı imperiyasının nəzarəti altına qalmışdır.

Hiç yorum yok:

Göndər