XII əsrdə monqollarda qəbilə quruluşu dağıldı və ordular yarandı. Ordu rəisləri bahadırlar idi. Dövlətin əsasını Temuçin adlı bahadır qoymuşdur. 1206-cı ildə Onon çayı sahilində keçirilən qurultayda Temuçin xaqan oldu və Çingiz xan adlandırıldı. O, 1207-1211-ci illərdə Sibiri və Türküstanı, 1215-ci ildə Şimali Çini işğal etdi. Çingiz xan 1219-1220-ci illərdə isə Buxara, Səmərqənd, Üzgənc və Otrarı tutdu. 1227-ci ildə Çingiz xan öldü və böyük xaqan Ugedey oldu. Monqolustan Çingiz xanın 4 oğlu: Ugedey, Cağatay, Cuci, Tuli arasında bölüşdürüldü.

XII əsrin axırlarında Xübilay xaqanın dövründə isə Çinin cənubu da işğal edildi. Paytaxt Qaraqorumdan Pekinə köçürüldü. XIV əsrdə üsyanlar və çəkişmələr nəticəsində imperiya dağıldı və yerində müstəqil dövlətlər yarandı.
Monqol dövləti 1220-ci ildə Azərbaycana I yürüşünü etdi və Zəncanı, Ərdəbili, Sərabı, Şamaxını tutdu. Onlar Təbrizdən üç dəfə xərac aldılar, sonra isə Marağanı talan etdilər. Volqaboyunda bulqarlara məğlub olduqdan sonra Monqolustana qayıtdılar.
1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular. Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. İşğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı. Dövlətin mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu. Sonra digər Monqol dövləti — Qızıl Ordu Azərbaycan ərazisinə yürüş etdi.
Cuci xanın dövlətindən törəyən ölkələr
- Qızıl Orda xanlığı
- Toğa Teymur xan sülalesi
- Noğay Orda - Cuci ailəsinə xidmət edən mangitlər
- Sufi sülaləsi - Cuci ailəsinə xidmət edən kongiratlar
Cığatayın dövlətindən törəyən ölkələr
- Cığatay xanlığı
- Şərqi Cığatay xanlığı
- Monqolustan xanlığı - Çığatayın sülaləsindən Tuğluk Timurun oğulları
- Qaşgar xanlığı - Monqolustan xanının sülaləsindən
- Qərbi Çağatay xanlığı
- Böyük Teymur İmperiyası - Cığatay ailəsinə xidmət edən barlaslar
- Şərqi Cığatay xanlığı
Tulunun dövlətindən törəyən ölkələr
- Yuan sülaləsi \ Şimali Yuan - Tulunun ikinci oğlu Kubilayın oğulları
- Elxanilər dövləti - Tulunun üçüncü oğlu Hülakünun oğulları
- Cəlayırlar sülaləsi - Tulunun ailəsinə xidmət edən cəlayırlar

Boyuk Monqol imperiyası
Hiç yorum yok:
Göndər