reklam

ŞiRVANSAHLAR DÖVLƏTİ(861-1538)

Yazar Adsız 28 Kasım 2014 Cuma 0 yorum
Şirvanşahlar – Şirvanşahlar dövlətində hakim sülalə. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları gümün edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür[3].
Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəddir. O, ərəblərin Əş-Şeyban tayfasındandır. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rabia qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var.[Mənbə göstərin]
Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər də bu vaxtdan bölgədə yerləşməyə başladılar. Məzyədilərin nümayəndəsi sərkərdə Yezid ibn Məzyəd 799—801-ci illərdə Aran, Şirvan, Dərbənd və Ermənistanın hakimi idi. Ərazini idarə edən ərəb canişini Yezid ibn Məzyədin iqamətgahı Bərdədə idi. Onun dövründə çox sayda Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan olan ərəblər bölgəyə köçdu. Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu.[5]
859-cu ildə Məhəmməd ibn Yezid Gəncə şəhərini bərpa etdirdi və öz iqamətgahını da buraya köçürdü. Bərdə Sacilər tərəfindən işğal olunduqdan sonra ərəblər, əsasən, Şirvan ərazisində cəmləşdilər. 861-ci ildə Məzyədilər sülaləsindən olan Heysam ibn Xalid Şirvanın müstəqilliyini elan edərək ilk "Şirvanşah" titulunu götürdü.





Hiç yorum yok:

Göndər