reklam

Böyük Səlcuq İmperiyası

Yazar Adsız 22 Ocak 2015 Perşembe 0 yorum

Böyük Səlcuq İmperiyası (türk. Büyük Selçuklu Devleti), (1038-1157) — Oğuz Türklərinin Qınıq boyundan olan tayfaların XI əsrdə yaratdığı, Orta AsiyaİranYaxın ŞərqQafqaz və Anadolu ərazilərini əhatə edən nəhəng Türk dövləti.

Ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən Fars körfəzinədək uzanırdı. İlk paytaxtı Nişapur şəhəri idi.


XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində mühüm bir hadisə baş verdi. Həmin dövrdə Böyük Səlcuq imperiyası yarandı. Səlcuqlar oğuz türklərinin Qınıq boyundan idilər.[20]Bu tayfanın başçısı Dükak bəyin oğlu Səlcuq bəy idi. Sonradan bütün tayfa onun adı ilə Səlcuq türkləri adlanmağa başlandı. 

Devamını Oku...

Rusiya İmperiyası

Yazar Adsız 3 Ocak 2015 Cumartesi 1 yorum
Rusiya İmperiyası (rus. Российская империя) — tarixi 1721-ci ildən başlamış rus dövləti. 1917-ci ildə republikaya çevrildi. Onun Peterburq, 1728varisi SSRİ hesab olunur. İmperiyanın paytaxtı 1721-1728-ci illərdə Sankt--1730-cu illərdə Moskva, 1730-1917-ci illərdə isə yenidən Sankt-Peterburq olub.XVII əsrdə ruslar öz dili ilə fərqlənən xalqların qarışığı idi. Bunlar əsasən böyük hind-avropa dil qrupunun slavyan ailəsinə məxsus idilər. Velikoruslar və moskovitlər Moskva ətrafında yaşayırdılar. Onlar şimal meşələrinə nüfuz edib, çoxlu fin və digər aborigen tayfaları assimilyasiya etmişdilər. Qara dəniz sahili həmin vaxtadək Türkiyənin himayəsində olan tatar xanlarının əlində idi. Tatarlarla ruslar arasındakı sərhəd torpaqlarında yarımmüstəqil kazaklar yaşayırdılar, onlar əsasən miqrasiya edən ruslardan əmələ gəlmişdilər.

Devamını Oku...

Ankara döyüşü(videolu)

Yazar Adsız 2 Ocak 2015 Cuma 0 yorum
Ankara döyüşü - Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetret Dövrü (1402-1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı.

Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur.

Devamını Oku...

Qədim Yunanıstan

Yazar Adsız 0 yorum

Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir. 
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar. 
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi­siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.

Devamını Oku...

Qədim Roma

Yazar Adsız 0 yorum
Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. III əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Remtərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. 
Onun əsas qüvvəsi koqorta vəmanipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.
Devamını Oku...

Əhəmənilər İmperiyası və şahları

Yazar Adsız 30 Aralık 2014 Salı 0 yorum
AchaemenidMapBehistunInscription.png

Tarix

E.ə 550-ci ildə üsyan baş verdi. Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi. Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə, Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı.

Əhəməni şahı II Kir-E.ə 553-530

  1. E.ə 550-ci ildə Midiya torpağları işğal olundu
  2. E.ə 546-cı ildə Lidiya və Yunan(Kiçik Asiya) şəhər-dövlətləri işğal olundu
  3. E.ə 545-539-cu illərdə Kiçik Asiyada işğallar həyata keçirdi
  4. E.ə 538-ci ildə Babilistan işğal olundu.
Devamını Oku...

Sasani İmperiyası

Yazar Adsız 29 Aralık 2014 Pazartesi 0 yorum
Sassanian Empire 621 A.D.jpg
Sasanilər İmperiyası (ingiliscəSassanid Empire) – 226-cı ildən 651-ci ilə qədər müasir İranİraqƏfqanıstanPakistan,Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars-mənşəli Sasanilər sülaləsinin əsasını I Ərdəşir Parsların sonuncu şahı olan IV Ərdəvanı məğlub etdikdən sonra qoymuşdur.Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövləti nin əsasını qoydu.

Devamını Oku...

Şəddadilər dövləti

Yazar Adsız 27 Aralık 2014 Cumartesi 0 yorum

Tarixi

Sülalənin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq, salarilər hökmdarı Mərzban ibn Məhəmmədin həbs olunmasından sonra yaranmış vəziyyətdən istifadə edərək 951-ci ildə, Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) şəhərini ələ keçirir. Bu zaman Azərbaycanı idarə edən İbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoşununu Məhəmməd ibn Şəddada qarşı göndərir. Lakin Məhəmməd şəhər əhalisinin köməyilə salari qoşunlarını darmadağın edə bilir. Çox keçmədən, İbrahimin özünün başçılıq etdiyi qoşun Dvini ələ keçirə bilir və Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; 955/56-cı ildə Vaspurakanda vəfat edir. Dvin əldən çıxdıqdan sonra Məhəmmədin Vayzur hakiminin himayəsinə sığınan iki oğlundan böyüyü – Əbülhəsən Əli Ləşkəri 965-ci ilədək Vayzurda qalır. Kiçik oğlu Fəzl isə, nəhayət, Salarilərə xidmət etməyə başlayır və salari hakimi Əli ət-Tazi tərəfindən idarə olunan Gəncəyə gəlir, 969/70-ci ilədək burada yaşayır. Gəncədə olarkən Fəzl şəhər rəisinin məsləhəti ilə böyük qardaşı Ləşkəriyə xəbər göndərərək, onu Gəncəyə dəvət edir və onun Gəncə hakimi olmağa razılıq verməsinə nail ola bilir. Fəzllə razılığa gəlmiş Gəncə şəhərinin rəisi Yusif əl-Quzzaz, şəhərin salari hakimini həbs etdirərək, şəhər qapılarını Ləşkərinin üzünə açdırır. Beləliklə, Ləşkəri ibn Məhəmməd 971 -ci ildə Gəncənin idarəsini ələ alaraq, sülaləsinin hakimiyyətinin əsasını qoyur. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.
Devamını Oku...